Rafael Ağayevdən növbəti çempionluq!
İstanbulda 27-ci Beynəlxalq “Boğaziçi” açıq karate turniri davam edir. Azerisport.az xəbər verir ki, yarışın ikinci günü 18-20 yaşlı gənclər və böyüklərin döyüşləri keçirilib. Karateçilərimiz 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olublar.
Turnirin favoritlərindən Rəfael Ağayev (-75 kq) və Niyazi Əliyev (-67 kq) çempion olublar. Rafiz Həsənovla (-67 kq) Tural Balcanlı yalnız finalda qələbəni əldən veriblər. Ayxan Mamayev (-84 kq), Şahin Atamov və Orxan Heydərli (hər ikisi +84 kq) isə bürünc mükafatlarla kifayətlənməli olublar. Milli komandamızın üzvlərindən N.Əliyevlə R. Həsənov qızıl medal uğrunda, Ş.Atamovla Asiman Qurbanlı (+84 kq) isə üçüncü yerə çıxmaq üçün mübarizə aparıblar.
Bazar günü komanda kumite və komanda kata yarışları keçiriləcək. Azərbaycan karateçiləri həm kişi, həm də qadınların komanda kumite turnirində çıxış edəcəklər. İdmançılarımız ayın 8-də Bakıya dönəcəklər.