Fotoreportaj|Video|На русском

Karate

Karateçilərimiz Boğaziçidən zəfərlə qayıdır

7 aprel 2014 11:55
Azərbaycan karateçiləri İstanbulda 27-ci Beynəlxalq “Boğaziçi” turnirini zəfərlə başa vurublar. Azerisport.az xəbər verir ki, idmançılarımız 4 qızıl, 2 gümüş və 10 bürünc medal olmaqla 16 mükafata sahib olublar.
Kişilərdən ibarət milli komandamız komanda kumite yarışının da qalibi olub.
Yarışın ilk günü yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız 8 medal qazanıblar. Gənclər arasında dünya üçüncüsü Fəridə Əliyeva(+59 kq) 16-17 yaşlılar arasında çempion olub. Onunla bir yaş qrupunda Avropa ikincisi Ülvi Qurbanov (-55 kq), qitə çempionatının bürünc mükafatçısı Hüseyn Əliyev (-61 kq), və Asiya Məlikova (-48 kq) bürünc medallara sahib olublar.
14-15 yaşlı gənclər arasına Fidan Teymurova (-47 kq), Murad Balakişiyev (-70 kq), Murad Hacızadə (+70 kq) və Roman Heydərov (kata) də bürünc medal qazanıblar. Ümumiyyətlə yarışın ilk günü 84 medal dəstinə 4 ölkə idmançıları sahib olublar. Onlardan Türkiyə 17 qızıl, 18 gümüş və 30 bürünc olmaqla 65 medala, Səudiyyə Ərəbistanı 3 qızıl, 3 gümüş və 4 bürünc mükafata, Rumıniya isə 1 bürünc medala layiq olub.   
Yarışın ikinci günü 18-20 yaşlı gənclər və böyüklərin döyüşləri keçirilib. Karateçilərimiz daha 2 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olublar. Turnirin favoritlərindən Rəfael Ağayev (-75 kq) və Niyazi Əliyev (-67 kq) çempion olublar. Rafiz Həsənovla (-67 kq) Tural Balcanlı (kata) yalnız finalda qələbəni əldən veriblər. Ayxan Mamayev (-84 kq) , Şahin Atamov və Orxan Heydərli (hər ikisi +84 kq) isə bürünc mükafatlarla kifayətlənməli olublar. Milli komandamızın üzvlərindən Niyazi Əliyevlə Rafiz Həsənov qızıl medal uğrunda, Şahin Atamovla Asiman Qurbanlı (+84 kq) isə bürünc mükafata sahib olmaq üçün mübarizə aparıblar.
Beləliklə şənbə günü Türkiyə 8 qızıl, 5 gümüş və 8 bürünc medalla birinci yerdə, Azərbaycan ikinci, İran isə 1 qızıl, 2 gümüş və 3 bürünc mükafatla üçüncülüyü qapadı. Ancaq kişilərdən ibarət milli komandamız fərdi kumitedə göstərdiyi nəticə ilə kişilər arasında bütün ölkələri geridə qoyub. 
Bazar günü isə komanda kumite və komanda kata yarışları keçirilib. Azərbaycan karateçiləri həm kişi, həm də qadınların komanda kumite turnirində çıxış ediblər. Finalda İran idmançılarına 3-2 hesabı ilə qalib gələn karateçilərimiz əsas kuboka sahib olublar. Qadınların yarışında komandamız medalçılar arasına düşə bilməyib. Türkiyə komandası İranı 2-1 hesabı ilə məğlub edib. Yekunda Türkiyə birinci, Azərbaycan ikinci, Səudiyyə Ərəbistanı üçüncü nəticə göstərib. 16 iştirakçı ölkədən 10 komanda medallara sahib ola bilib.
Xatırladaq ki, 4-6 aprel tarixlərində İstanbulun Qəzənfər Bilgə İdman Kompleksində açıq turnirdə 16 ölkədən 756 idmançı iştirak edib. 1-4 may tarixlərində Finlandiyanın Tampere şəhərində 49-cu Avropa çempionatına hazırlıqların bir hissəsi kimi Türkiyəyə yollanan böyüklərdən ibarət milli komandamız ənənəvi beynəlxalq “Boğaziçi” turnirindən əvvəl isə İstanbulda bir həftəlik beynəlxalq təlim-məşqlərə qatılıb. İdmançılarımız qardaş ölkədə birgə hazırlıqlarda Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun, baş məşqçi Rəhman Hətəmov, baş məşqçinin köməkçisi Rəşad Hüseynov və kata üzrə böyük məşqçi Vahid Nəzərovun rəhbərliyi ilə iştirak edib. Onlardan başqa bu yeniyetmələrdən ibarət seçmə komandamızın böyük məşqçisi Anar Allahverdiyev və gənclərin böyük məşqçisi Şahin Xudaverdiyev də İstanbuldakı yarışa idmançıları gərgin məşqlərlə hazırlayıblar. Beynəlxalq hakimimiz Nərgiz Mehdiyeva isə "Boğaziçi" turnirini idarə edənlər arasında olub.
İdmançılarımız ayın 8-də Bakıya dönəcəklər.
(AKF mətbuat xidməti)

Другие новости этого раздела

12 mart12:02 Azərbaycan Peşəkar Çövkən Liqası indi Misli-də9 sentyabr11:39 Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti
Arxiv
Sabah