Milli Karate Federasiyası növbəti iclasını keçirib
10 aprel 2014 16:00

Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi növbəti yığıncaq keçirib. Azerisport.az xəbər verir ki, federasiya rəhbərliyinin məşqçilər, hakimlər və milli komandaların üzvləri ilə birgə keçirdiyi iclasda 4-6 aprel tarixlərində İstanbulda “Boğaziçi” açıq beynəlxalq turnirinin nəticələr təhlil edilib, 1-4 may tarixlərində Finlandiyanın Tampere şəhərində növbəti Avropa çempionatına hazırlıq işləri müzakirə olunub.
AMKF-in prezidenti Yaşar Bəşirov, I vitse-prezident İlham Qasımzadə və vitse-prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov və milli komandaların baş məşqçisi Rəhman Hətəmov 3 qızıl, 2 gümüş və 10 bürünc medaldan əlavə komanda yarışında birinci yeri tutan idmançılarımızın nəticələrini yüksək qiymətləndiriblər. Avropa çempionatı qabağı beynəlxalq təlim-məşqlərin və son turnirin əhəmiyyətli bir sınaq olduğu qeyd edilib. Baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən diqqətin daha da artmasını yığıncaq iştirakçılarına çatdıran federasiya rəhbərliyi onlara intizam qaydalarına daim əməl etmələrini, qarşıda qoyulan hədəflərə çatmaq üçün zədələrdən qorunmağı və qadağan olunmuş preparatlara qarşı diqqətin artırılması kimi vacib məqamlarla bağlı məsuliyyəti daha da artırmağı tövsiyə edib.
Müxtəlif yaş qrupları üzrə böyük məşqçilər Vahid Ayvazov, Rəfael Ağayev, Şahin Xudaverdiyev və Anar Allahverdiyev idmançılarda döyüş ruhunun artdığını son yarışlardakı nəticələrdən də aydın göründüyünü bildiriblər. Hakimlər komitəsinin sədri Cahangir Babayev beynəlxalq dərəcəli hakimlərin yarışlarda daha çox sayda təmsil olunması ilə onlarda təcrübənin artmasını, eləcə də bu amilin nəticələrə müəyyən qədər təsir göstərə bilməsini diqqətə çatdırıb. İdmançılar adından federasiya rəhbərliyinə minnətdarlığını ifadə edən milli komandanın liderlərindən Şahin Atamov qarşıdakı Avropa çempionatına böyük səylə hazırlaşdıqlarını söyləyib.
(AMKF)