Yeniyetmə karateçi qızlarımız bürünc qazandılar
22 aprel 2014 12:00
Yeniyetmələrdən ibarət seçmə komandanın üzvləri Fidan Teymurova (-47 kq) və Şölə Həsənova (-54 kq) IV Beynəlxalq Rumi Uşaq Oyunlarının bürünc mükafatçısı oldular. Azerisport.az xəbər verir ki, Türkiyənin Konya şəhərində yarışda yeniyetmələrdən ibarət seçmə komandanın böyük məşqçisi, əməkdar məşqçi Anar Allahverdiyevin rəhbərliyi ilə 10 idmanımız iştirak edir.
Məşqçi Cavid Rəfiyev və hakim Namiq Pirverdiyev də qardaş ölkədəki bu yarışdadırlar.
Ümumiyyətlə uşaqlar qarşısında bu mötəbər yarışa 31 ölkədən 1014 azyaşlı idmançı qatılıb. Onlar 13 idman növündə mübarizə aparırlar. IV Beynəlxalq Rumi Uşaq Oyunları aprelin 24-də başa çatacaq.
(AMKF)