AÇ-nin ilk yarış günü karateçilərimiz üçün uğurlu keçib
2 may 2014 01:00
Finlandiyanın Tampere şəhərində böyüklərin 49-cu Avtropa çempionatının ilk yarış günü idmançılarımız üçün uğurlu başa çatıb. Azerisport.az xəbər verir ki, fərdi kumite yarışlarına çıxan 9 karateçimizdən Niyazi Əliyevlə (-67 kq) Şahin Atamaov (+84 kq) finala vəsiqə qazanmaqla gümüş medalı təmin ediblər.
Ayxan Mamayevlə Nuranə Əliyeva isə bürünc medal uğurunda döyüşə qatılmaq imkanı qazandı.
Mükafatlar uğrunda yarışlar 3 may tarixində keçiriləcək. 2 may tarixində isə komanda kumite çempionatı olacaq. Milli komandamızın ilk rəqibi İsveç - Latviya komandalarından ən güclüsü olacaq.
İlk dəfə komanda kumite yarışına qatılan qadınlardan ibarət milli komandamızın birinci sınağı isə Makedoniyalı idmançılarla olacaq.
(AMKF)