AMKF rəhbərliyi WKF və EKF prezidenti Antonio Espinosla növbəti görüşünü keçirib
3 may 2014 00:48

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyinin və Dünya və Avropa Karate Federasiyasının (WKF və EKF) prezidenti Antonio Espinosla növbəti görüşü olub. Azerisport.az xəbər verir ki, AMKF prezidenti Yaşar Bəşirov və federasiyanın birinci vitse-prezidenti İlham Qasımzadə A. Espinosa Bakı-2015 ilk Avropa Oyunları ilə bağlı son hazırlıq işləri haqda məlumat veriblər.
Milli Karate federasiyasının rəsmiləri bildiriblər ki, son aylar baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən diqqətin ötən illərə nisbətən daha da artırılması sayəsində fəaliyyət gücləndirilib, bir sıra işlər həyata keçirilib və bu proses davam etməkdədir.
Əvvəlki yarışlar da daxil olmaqla, Tamperedəki Avropa çempionatında iki idmançımızın fərdi kumite, milli komandamızın isə komanda kumite yarışının finala çıxmasını yüksək qiymətləndirən Antonio Espionos, bu nəticəni Azərbaycanda idmanın və karatenin inkişafında dövlət dəstəyinin bir nümunəsi kimi dəyərləndirib. Dəfələrlə ölkəmizdə səfərdən xoş hisslərlə döndüyünü qeyd edən WKF və EKF prezidenti Bakı 2015 ilk Avropa Oyunlarında Avropa karate ailəsinin də məmnun qalacağına inandığını bildirib.
(AMKF)