Karateçilərimiz Qətər turnirinin ilk günündə üç medal qazanıblar
10 may 2014 22:22
Azərbaycan karateçiləri Qətər Əmirliyinin paytaxtı Dohada 3-cü beynəlxalq turnirin ilk yarış günündə 3 medala sahib olublar. Azerisport.az xəbər verir ki, yarışa dəvət alan milli komandamızın 7 üzvündən Firdovsi Fərzəliyevlə (-60 kq) Tural Ağalarzadə (-67 kq) fərdi kumite turninin qalibi olublar.
Tural Balcanlı fərdi kata nümayişində yüksək performans nümayiş etdirməsinə baxmayaraq hakimlərin qərəzli qərarı ilə gümüş medala layiq görüldü.
Tatmiyə çıxan digər idmançımız Nuranə Əliyeva (-50 kq) isə təəssüf ki, son anda yarışı mükafatsız başa vurmağa məcbur olub. Mükafatlandırma mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da iştirak edib.
Qeyd edək ki, yarışda 18 ölkədən 200-dən artıq idmançı iştirak edir.
Federasiyanın media xidməti birbaşa yarışın keçirildiyi "Əl-Rəyyan" futbol klubunun idman salonundan onlayn nəticələri təqdim edir.
Kata
Tural Balcanlı
1/4 final. İordaniya 5:0
1/2 final. Qətər 5:0
Final. Qətər 1:4
Kumite
Firdovsi Fərzəliyev (-60 kq)
1/4 final. Qətər Əmirliyi 4:2
1/2 final. İordaniya 7:1
Final. Türkiyə 4:1
Tural Ağalarzadə (-67 kq)
1/8 final. Fransa 6:3
1/4 final. Macarıstan 2:1
1/2 final. Türkiyə 5:1
Final. Tunis 6:2
Tural Balcanlı
1/4 final. İordaniya 5:0
1/2 final. Qətər 5:0
Final. Qətər 1:4
Kumite
Firdovsi Fərzəliyev (-60 kq)
1/4 final. Qətər Əmirliyi 4:2
1/2 final. İordaniya 7:1
Final. Türkiyə 4:1
Tural Ağalarzadə (-67 kq)
1/8 final. Fransa 6:3
1/4 final. Macarıstan 2:1
1/2 final. Türkiyə 5:1
Final. Tunis 6:2
Nuranə Əliyeva (-50 kq)
1/4 final. Fransa 7:1
1/2 final. Türkiyə 0:2
Bürünc medal uğurunda - Tunis 4:6
1/4 final. Fransa 7:1
1/2 final. Türkiyə 0:2
Bürünc medal uğurunda - Tunis 4:6
Sabah Asiman Qurbanlı (-84 kq), Şahin Atamov (+84 kq) və Fəridə Abiyeva (-68 kq) turnirə qatılacaqlar. Beynəlxalq hakim Şahin Xudaverdiyev də yarışı idarə edən referilər arasındadır.
(AMKF)