Karateçilərimiz Qətər turnirinin son günündə üç medal qazanıblar
11 may 2014 22:40
Azərbaycan karateçiləri Qətər Əmirliyinin paytaxtı Dohada 3-cü beynəlxalq turniri 5 mükafatla başa vurublar. Azerisport.az xəbər verir ki, idmançılarımız yarışın ilk günündə olduğu kimi son gündə də 3 medala sahib olublar.
Fəridə Abiyevanın (-68 kq) bürünc medalının ardından Şahin Atamov (-84 kq) ilə Asiman Qurbanlı (-84 kq) finala çıxıb. Həlledici döyüşlərdə hər iki idmançımız hakimlərin səhvləri üzündən xal itirməli olublar. Avropa çempionatının yorğunluğu da çempionluq yolunda sözünü deyib.
Günün nəticələri belədir:
Fərdi kumite:
Fəridə Abiyeva (-68 kq)
1. Tunis 6:2
2. Fransa 0:6
Fəridə Abiyeva (-68 kq)
1. Tunis 6:2
2. Fransa 0:6
Bürünc medal uğrunda:
Fransa 10:2
Fransa 10:2
Asiman Qurbanlı (-68 kq)
1/4 final. Bəhreyn 8:0
1/2 final. Iordaniya 4:0
1/4 final. Bəhreyn 8:0
1/2 final. Iordaniya 4:0
Final:
Əlcəzair 4:12
Əlcəzair 4:12
Şahin Atamov (+84 kq)
1/4 final. İordaniya 9:6
1/2 final. Küveyt 8:0
1/4 final. İordaniya 9:6
1/2 final. Küveyt 8:0
Final:
Türkiyə 8:9
Türkiyə 8:9
Bir gün əvvəl isə Firdovsi Fərzəliyev (-60 kq) ilə Tural Ağalarzadə (-67 kq) fərdi kumite turninin qalibi olublar. Avropa üçüncüsü Nuranə Əliyeva (-50 kq) isə bürünc medal döyüşündə şansını qaçırıb.
Dohada 3-cü beynəlxalq turnirdə 18 ölkədən 200-dək idmançı iştirak edib. Azərbaycanla birgə bir neçə tanınmış karate ölkələsi yarışa dəvətlə qatılıb. İdmançılarımız 12 may tarixində vətənə dönəcəklər.
(AMKF)