Rusiya telekanalında Baku Open beynəlxalq turnirinə həsr edilmiş veriliş nümayiş etdiriləcək
14 may 2014 23:23

Rusiyanın məşhur "Боец" televiziyasında "Baku Open" beynəlxalq turnirinə həsr edilmiş veriliş nümayiş etdiriləcək. Azerisport.az xəbər verir ki, xüsusi buraxılış 16 may 16:00-da, 17 may 13:00-da, 18 may tarixində isə 10:00-da efirə gedəcək.
7-8 dekabr 2013-cü il tarixindəki yarışa həsr olunacaq bu veriliş IV "Baku Open" beynəlxalq karate turnirinə ezam edilmiş xüsusi çəkiliş qrupu tərəfindən hazırlanıb.
Verilişi telekanalın tanınmış aparıcısı, döyüş idman növləri üzrə ixtisaslaşmış Nikolay Korovin başda olmaqla, xüsusi çəkiliş qrupu hazırlayıb.