Azərbaycan Rusiya, İran, Türkiyə və Gürcüstana qarşı
31 may tarixində Azərbaycan Milli Karate Federasiyası və Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda Uşaqların Beynəlxalq Müdafiə günü, həmçinin Uşaq Cinaytləri və Narkomaniyaya qarşı Uşaqlar, Gənclər və Yeniyetmələr arasında ilk beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, "Sheki Olimpik Hotel & Resort" istirahət kompleksinin ərazisində yerləşən Şəki Olimpiya İdman Kompleksində baş tutacaq yarışda müxtəlif regionları təmsil edən yerli idmançılardan başqa 6 ölkənin perspektivli karateçiləri iştirak edəcəklər.
Beynəlxalq turnirə Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan və Özbəkistandan 250-yə qədər idmançının qatılacağı gözlənilir. Yarışın təntənəli açılış mərasimi saat 17:00-da olacaq.
Uşaqlar 3 çəki dərəcəsində, yeniyetmə və gənclər isə 5 çəki dərəcəsində mübarizə aparacaqlar. Fərdi kumite yarışlarında 10-11 yaşlı uşaqlar -37 kq, -45 kq və +45 kq çəki dərəcələrində, 12-13 yaşlılar -42 kq, -50 kq və +50 kq çəkilərdə döyüşəcəklər. 14-15 yaşlı yeniyetmə oğlanlar -52 kq, -57 kq, -63 kq, -70 kq və +70 kq çəkilərdə, qızlar -47 kq, -54 kq və +54 kq çəkilərdə, 16-17 yaşlı gənclər -55 kq, -61 kq, -68 kq, -76 kq və +76 kq çəkilərdə, qızlar isə -48 kq, -53 kq, -59 kq və +59 kq çəki dərəcələrində yarışacaqlar. (AKF)