Monteneqrodan 1 qızıl medal
Monteneqronun Bar şəhərində Tələbələrin 9-cu dünya çempionatının fərdi yarışlarında iştirak edən 7 karateçimizdən yalnız Niyazi Əliyev (-67 kq) mükafat qazanıb. Azerisport.az xəbər verir ki, bu il iştirak etdiyi yarışlardan medallarla dönən Əliyev ikinci dəfə tələbələr arasında dünya çempionatının üçüncüsü olub.
Ötən günlər mübarizəyə qatılan idmançılarımızdan nisbətən yaxşı nəticəni bürünc medal uğrunda döyüşü uduzaraq 5-ci olan Vüsal Kamallı (-75 kq) göstərib. Kata yarışlarında Tural Balcanlı da təsəlliverici görüşlərdə mükafatsız qalaraq 7-ci yeri tutub. Kata çıxışlarında digər idmançımız Ədilə Qurbanova ikinci görüşdə, kumite yarışlarında Pənah Abdullayev (-84 kq) üçüncü döyüşdə, Məcid Əmirov (-60 kq) və Asiman Qurbanlı (+84 kq) isə ilk rəqiblərinə məğlub olublar.
Bazar günü idmançılarımız komanda kumite yarışlarında iştirak ediblər. 3 rəqibdən ikisinə alib gələn Məcid Əmirov, Niyazi Əliyev, Vüsal Kamallı, Pənah Abdullayev və Asiman Qurbanlıdan ibarət heyət 5-ci yeri tutub. (AKF)