Dünya Kubokunun nəticəsi ilə bağlı ilkin yığıncaq keçirildi

Xorvatiyanın Umaq şəhərində yeniyetmə Gənclərin növbəti Dünya Kubokunda möhtəşəm nəticənin ardından yarışın nəticəsi ilə bağlı ilkin iclas keçirilib. Azerisport.az xəbər verir ki, yığıncaqda idmançılarımızın nəticələri qısa təhlil edilib.
Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Karate Federasiyasının l vitse-prezidenti İlham Qasımzadə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan idmançılarımızı təbrik edərək onlara baş sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB) adından müxtəlif həvəsləndirici pul mükafatları təqdim edib. İlkin mükafatlar həmçinin məşqçilər, hakimlər və federasiyanın yarışa ezam olunan personalına da təqdim edilib.
İ.Qasımzadə Azərvaycan Milli Karate Federasiyasının 20 illik yubileyi ilinin ötən aylarındakı uğurlardan danışaraq komanda yarışlarında ilk dəfə avropa çempionu olan böyükləri aşağı yaşlı idmançılara nümunə kimi göstərdi və gələcəkdə onların bu uğurunu təkrarlayacağına federasiya rəhbərliyi və baş sponsor adından ümid etdiyini qeyd edib. O bildirib ki, Azərbaycanın idman ölkəsi kimi tanınmasında karateçilərimizin də özünəməxsus rolu var və bu yüksək nəticələr dövlət tərəfindən qaynaqalanan qayğının nəticəsidi.
Federasiyanın baş sponsoru ABB-nin təsis etdiyi xüsusi "Əzmkar döyüşçü" mükafatı isə bu dəfə Fəridə Əliyevaya verildi. Sonda məşqçilər, hakim və idmançılar diqqət və qayğıya görə baş sponsora və federasiya rəsmilərinə minnətdarlığını bildiriblər. (AKF mətbuat xidməti)