Antonio Espinos noyabrda Bakıya gələcək

Xorvatiyanın Umaq şəhərində Yeniyetmə və Gənclərin növbətyti Dünya Kuboku yarışında iştirak edən nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Karate Federasiyasının l vitse-prezidenti İlham Qasımzadə yarış ərəfsində bir sıra görüşlər keçirib. Azerisport.az xəbər verir ki, Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosla növbəti görüşündə İ.Qasımzadə azərbaycan karateçilərinin Finlandiyada avropa çempionatında uğurlarının dövlət tərəfindən yüksək səviyyədə qiymətləndirildiyini bildirib.
A.Espionos federasiyanın baş sponsoru Azərbaycan Beynəlxalq Bankı tərəfindən milli komandanın kapitanı Şahin Atamova mənzil verildiyindən, digər idmançılara isə pul mükafatları təqdim edildiyindən məmnun olduğunu söyləyib. O, Azərbaycan milli komandasının Türkiyə karateçiləri ilə komanda yarıçlarının final görüşünü fantastik karate ustalığı nümayişi kimi dəyərləndirərək, bu döyüşə çəxsən dəfələrlə baxdığını qeyd edib.
Antonio Espionos Bakı 2015 İlk Avropa Oyunlarına Azərbaycanın hazırlığı ilə əlaqədr mütəmadi məlumatlandığını və Azərbaycan idmançılarının dünya səviyyəsində olan uğurlarını dövlət başçımızın idmana olan qayğısı ilə əlaqələndirib. Onun noyabrda Bakıya növbəti gəlişi gözlənilir.
Bundan başqa İlham Qasımzadə dünya karatesinin ulduzlarından italiyalı Davido Benettello ilə görüşüb. Dəfələrlə dünya və avropa çempionu D.Benettello İ.Qasımzadəyə karyerasını əks etdirən yeni kitabını təqdim edib. O həmçinin azərbaycan idmançılarının döyüşlərini daim izlədiyini və peşəkarlığın artmasının müşahidə etdiyini bildirib.