Yığmamız Türkiyədə 4 medal qazandı
Türkiyədə Dünya Karate Federasiyasının (WKF) Premyer Liqa yarışlarından "İstanbul Open"də iştirak edən idmançılarımız nüfuzlu turniri 4 medalla başa vurublar. Azerisport.az xəbər verir ki, Ayxan Mamayev (-84 kq) qızıl medala, Roman Heydərov (14-15 yaşlılar, kata) gümüş, Niyazi Əliyev ilə Rafiz Həsənov (hər ikisi -67 kq) isə bürünc mükafatlara sahib olublar.
R.Həsənovun bürünc mükafat uğrunda rəqibi isə milli komandanın digər üzvü Tural Ağalarzadə olub. Favoritlərdən Şahin Atamovla (+94 kq) Sənan Əliyev (-60 kq) bürünc medal uğrunda görüşləri uğursuz keçiriblər. Milli komandanın liderlərindən Rəfael Ağayev zədəsinin bərpa müddətini keçdiyindən Premyer Liqaya qatılmayıb.
9-cu dəfə keçirilən "İstanbul OPen" turnirində Premyer Liqa yarışlarının tarixində rekord sayda, 57 ölkədən 592 karateçi mübarizə aparıb. (AMKF)