Bakı şəhər açıq çempionatı keçiriləcək
11 oktyabr 2014 15:00
18-19 oktyabr tarixlərində Yeniyetmə və Gənclər arasında Bakı şəhər açıq çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışı Bakı şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə, Azərbaycan Karate-Do Federasiyası Assosiasiyasının və Milli Karate Federasiyası təşkil edəcək.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində yarışın açılış mərasimi ayın 18-də saat 17-də keçiriləcək. 14-15 yaşlı yeniyetmələrdən oğlanlar 5, qızlar 8 çəki dərəcəsində yarışacaqlar. 16-17 yaşlı gənclərdən oğlanlar 5, qızlar 4 çəki dərəcəsində, 18-20 yaşlı gənclərdən isə oğlanlar və qızlar 5 çəki dərəcəsində mübarizə aparacaqlar.
Yeniyetmə və Gənclər arasında Bakı şəhər açıq çempionatının Əsasnaməsini və yarış proqramını yükləyə bilərsiz. (AMKF)