MKF-də Baku-2015-in Təşkilat Komitəsinin nümayəndələri ilə görüş

Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası işinə başlayıb. Azerisport.az xəbər verir ki, Milli Karate Federasiyasından (MKF) təşkilatın prezidenti Yaşar Bəşirov və birinci vitse-prezident İlham Qasımzadə rəsmi tədbirdə iştirak edir.
Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasında qatılmaq üçün Dünya və Avropa Karate Federasiyalarının prezidenti Antonio Espionos və Avropa Karate Federasiyasının baş katibi Stepan Selan da Bakıya növbəti səfərə gəliblər.
Baş Assambleya ərəfəsində MKF prezidenti Y.Bəşirov və birinci vitse-prezident İ.Qasımzadə qonaqlarla birgə Bakı-2015 ilk Avropa Oyunları Təşkilat komitəsinin üzvləri ilə görüşüblər. Görüşdə həmçinin Avropa oyunlarının təşkilat komitsi tərəfindən idman direktoru Piers Okallahan, kordinasiya komitəsinin prezidenti Spayros Kapralos, yarışların idman qurupu meneceri Mark Mateer, idman məsləhətçisi Makis Asimakopulos, idman yarışları meneceri Dmitri Çigenev və idman mütəxəssisi Aytən Zeynalova iştirak ediblər.
Yığıncaqda rəsmilər Avropa Oyunlarının karate yarışlarına hazırlıq işləri və texniki məsələləri müzakirə ediblər. Bundan başqa 2015-ci ilin apreli ayında Vl beynəlxalq "Baku Open" turnirinin Avropa oyunları üçün test yarışı kimi keçirilməsi qərara alındı.