Milli Karate Federasiyası ilə yekun vurdu
26 dekabr 2014 18:20
Azərbaycan Milli Karate Federasiyası 2014-cü ilin yekunlarıyla bağlı tədbir keçirib. Azerisport.az xəbər verir ki, federasiya prezidenti Yaşar Bəşirov ilin yekunlarını müsbət qiymətləndirib.
2014-cü ildə karateçilər 196 medal qazanıb. Bunlardan 67-si qızıl, 37-si gümüş, 92-si bürüncdür. İlin yekunlarına əsasən bir neçə nominasiyada qaliblər elan edilib. İlin məşqçisi nominasiyasında millinin baş məşqçisi Rəhman Hətəmov mükafatlandırılıb.
Yaşar Bəşirov qeyd edib ki, 2015-ci ildə əsas məqsəd Avropa Oyunlarında uğurlu çıxış etməkdir.