Karateçilərimizdən AÇ-də 2 qızıl, 1 gümüş
21 mart 2015 21:25

İstanbulda karateçilərin 50-ci Avropa çempionatının 3-cü yarış günündə ayrı-ayrı çəki dərəcələrinin mükafatları uğrunda görüşlər keçirilib. Azerisport.az xəbər verir ki, milli komandamızın 4 üzvü medallar uğrunda həlledici döyüşə çıxıb.
Niyazi Əliyev, Rafael Ağayev və Ayxan Mamayev qızıl, Tural Balcanlı isə kata yarışlarının bürünc medalı uğrunda mübarizə aparıb.
Nəticələr aşağıdakı kimi olub:
Finallar
Kumit
-67 kq, Niyazi Əliyev- Burak Uyqur (Türkiyə) 3:2
75 kq - Rafael Ağayev - Noah Bitç (Almaniya) 1:0
-84 kq - Ayxan Mamayev - Nello Maestri (İtaliya) 1:2
Bürünc medal uğrunda
Kata
Tural Balcanlı - Min Duk Vu Dak (Fransa) -:+