Yaponiya telekanalı karate yığmamızın düşərgəsində

Azərbaycanın mədəniyyət və turizm sahəsinə aid film hazırlamaq üçün bir neçə günlük Bakıya gələn Yaponiyanın "Mainichi TV" televiziyası səfər proqramında karate üzrə milli komandamıza da xüsusi yer ayırıb. Azerisport.az federasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Yaponiyanın məhşur telekanalının nümayəndələri ssenariyə daxil etdikləri bu hissəni Azərbaycan karatesinin dünya miqyaslı şöhrəti ilə əlaqələndiriblər.
"Mainichi TV"-nin xüsusi çəkiliş qurupu milli komandamızın təlim-məşq bazasında idmançılarımızın hazırlıq prosesini lentə alıb, baş məşqçi və komandanın liderlərindən müsahibələr götürüb.
Yaponiyalı qonaqlar Azərbaycan karatesinin böyük uğurlarından onların ölkəsində də məlumatlı olduqlarını bildiriblər və filmin bir hissəsinin məhz karatedən bəhs etməsinin ayrıca effekt verəcəyinə inandıqlarını deyiblər. Film sentyabrda Yaponiya ekanlarına çıxarılacaq.