Əli Cəfərov Bazeldən medalla döndü
14 sentyabr 2015 17:00

İsveçrənin Bazel şəhərində karatenin WKF növü üzrə ənənəvi "Basel Open Masters-2015” beynəlxalq turniri keçirilib. Azerisport.az xəbər verir ki, "Neftçi İdman Klubu”nun idmançısı Əli Cəfərov (+84 kq) yalnız final döyüşündən məğlub ayrılıb və gümüş medala layiq görülüb.