16 avqust 2011 15:49

Şef de Missionlar Londonda bir araya gəldi

Böyük Britaniyanın paytaxtı Londonda 2012-ci il XXX Yay Olimpiya Oyunlarına həsr olunmuş ilk “Şef de Mission” (idman nümayəndə heyətlərinin rəhbərləri) seminarı keçirilib. Azerisport.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirin açılış mərasimindən öncə təşkilatçılar yeni təyin olunmuş Şef de Missionlar üçün tanışlıq görüşü keçiriblər.
 
Beynəlxalq Olimpiya Komitəsinin, Milli Olimpiya Komitələri Assosiasiyasının, London-2012 Təşkilat Komitəsinin nümayəndələrinin iştirak etdiyi açılış mərasimindən sonra Olimpiya Parkına, o cümlədən Olimpiya kəndinə, velodroma, üzgüçülük mərkəzinə, boks, qılıncoynatma, cüdo, stolüstü tennis, taekvondo, ağırlıq qaldırma, güləş yarışlarının keçiriləcəyi Ex-Cel sərgi mərkəzinə, açılış, bağlanış mərasimlərinin və atletika üzrə yarışların keçiriləcəyi Olimpiya stadionuna tanışlıq səfəri təşkil edilib.
 
Daha sonra Təşkilat Komitəsinin və Beynəlxalq Olimpiya Komitəsinin məsul işçiləri yarış yerləri, akkreditasiya və idman növləri üzrə qeydiyyat, nəqliyyat, Olimpiya kəndi, milli olimpiya komitələri ilə əlaqələr və protokol xidməti, tibbi xidmətlər və dopinq nəzarəti, Olimpiya Həmrəyliyi məsələləri ilə bağlı geniş məlumatlar təqdim ediblər. Eyni zamanda ayrı-ayrı regionların nümayəndələri ilə azsaylı qruplarda məşğələlər keçirilib, olimpiadaya hazırlıqla bağlı məsələlər müzakirə edilib və konkret suallar cavablandırılıb.
 
Təxminən 200 ölkənin nümayəndəsinin iştirak etdiyi tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şef de Mission İlham Mədətov və Milli Olimpiya Komitəsinin məsul işçisi Könül Nurullayeva təmsil edib. Nümayəndə heyəti Olimpiya Oyunları ilə bağlı Azərbaycanın tərəfdaşı seçilmiş İpsviç şəhərinə səfər zamanı şəhərin meri, şəhər şurasının icraçı sədri və üzvləri ilə görüşüblər. Olimpiadaya qalan dövr ərzində mədəniyyət günlərinin keçirilməsi, Azərbaycan idmançıları üçün təlim-məşq toplantıları təşkil olunması məsələləri müzakirə edilib
 
Ayrı-ayrı görüşlərə Azərbaycanın Böyük Britaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Fəxrəddin Qurbanov, habelə səfirliyin əməkdaşları da qatılıblar.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.