22 sentyabr 2011 12:51
Azərbaycan London olimpiadasında daha bir lisenziya qazandı
Danimarkanın paytaxtı Kopenhagendə gənclər arasında keçirilən velosiped şose yarışları üzrə dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı idmançımız Yelena Çalax təmsil edib.
Həmyerlimiz 27,8 km metr məsafədə 38 dəq 08.22 saniyə nəticə göstərərək 13-cü yeri tutub. Bu nəticə ilə o, London Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.
Turnirin qalibi isə almaniyalı idmançı Toni Martin olub. Yarışın gümüş medalına ingiltərəli Bradleq Vicins, bürünc medalına isə isveçrəli velosipedçi Fabian Kansellera sahib çıxıb.
Xatırladaq ki, dünya çempionatında 72 ölkənin idmançıları iştirak edirdi.