24 sentyabr 2011 11:58

Olimpiadaya 18-ci lisenziyamız Qarayevadan gəldi

Azərbaycanlı gimnast Aliyə Qarayeva Fransanın Monpelye şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb. Azerisport.az xəbər verir ki, o, çoxnövçülükdə qazandığı bu titul sayəsində London olimpiadasına növbəti lisenziyamızı rəsmiləşdirib.
 
Qeyd edək ki, bu, Azərbaycanın qarşıdan gələn London yay olimpiya oyunlarına 18-ci lisenziyasıdı. Bundan öncə aşağıdakı idmançılarımız lisenziyaya sahib çıxmışdı:

Yüngül atletika - Dmitri Marşin (gürz tullamaq)
 
Taekvondo - Fərid Əzizov (67 kq), Ramin Əzizov (80 kq)
 
Boks - Soltan Miqitinov (75 kq)
 
Güllə atıcılığı – İradə Aşumova (kiçik çaplı tapança)
 
Baydarka və kanoedə avarçəkmə - Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (qoşa kanoe, 1000 metr), Valentina Demyanenko (tək kanoe, 200 metr), akademik avarçəkmə - Aleksandr Aleksandrov (tək, 2000 metr), Natalya Mustafayeva (tək, 2000 metr)
 
Yunan-Roma güləşi - Rövşən Bayramov (55 kq), Saman Təhmasibi (84 kq)
 
Qadın güləşi - Mariya Stadnik (48 kq)
 
Sərbəst güləş - Şərif Şərifov (84 kq), Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (75 kq), Cəmaləddin Maqomedov (120 kq)
 
Velosiped idmanı – Yelena Çalıx
 
Sonda onu da xatırladaq ki, XXX yay Olimpiya oyunları 2012-ci il iyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.