4 oktyabr 2011 20:27

Azərbaycan London olimpiadasına 20-ci lisenziyasını qazandı

Xəbər verdiyimiz kimi, Azərbaycan boksçusu Elvin Məmişzadə  2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, 52 kq çəki dərəcəsində yarışan təmsilçimiz Bakıda keçirilən dünya çempionatının 1/8 finalında Monqolustan boksçusu Tuqtsoq Nyambayaru üzərində qələbə qazanıb - 17:14.
 
Bununla da Məmişzadə ən azı ilk “8-lik”dəki yerini təmin edib. Qaydalara əsasən, dünya çempionatında ilk “10-luğ”a düşənlər London olimpiadasına vəsiqəyə sahib olurlar. Bu səbəbdən, Hacəliyev sonrakı döyüşlərinin nəticəsindən asılı olmayaraq, ölkəmizdən boks üzrə üçüncü olimpiya lisenziyasına yiyələnib. Daha öncə Soltan Migitinov (75 kq) WSB (Ümumdünya Boks Seriyası) Liqasındakı uğurlu çıxışı ilə əlaqədar London olimpiadasına lisenziya qazanmışdı. Bu gün isə məhz Bakıdakı DÇ-də Heybətulla Hacıəliyev Məmişzadə kimi 1/4 finala çıxmaqla belə bir uğura imza atmışdı.
 
Qeyd edək ki, Məmişzadə bütövlükdə Azərbaycanın 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanan 20-ci idmançısıdı. Əvvəllər atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr), yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Saman Ahman Tahmasebi (84 kq), qadın güləşçimiz Mariya Stadnik (48 kq), sərbəst güləşçilərimiz Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Camaləddin Maqomedov (120 kq), velosipedçimiz Yelena Çalıx və bədii gimnastımız Aliyə Qarayeva da bu hüquqa sahib olub.

 

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.