5 oktyabr 2011 17:57
Azərbaycan London olimpiadasına 21-ci lisenziyasını qazandı
Azərbaycan boksçusu Teymur Məmmədov 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, 91 kq çəki dərəcəsində yarışan təmsilçimiz Bakıda keçirilən dünya çempionatının 1/4 finalında Kuba boksçusu Xose Lardu üzərində qələbə qazanıb.
Bununla da Məmişzadə London olimpiadasına vəsiqəyə sahib çıxıb. Qeyd edək ki, daha öncə Soltan Migitinov (75 kq) WSB (Ümumdünya Boks Seriyası) Liqasındakı uğurlu çıxışı ilə əlaqədar London olimpiadasına lisenziya qazanmışdı. Məmmədovla yanaşı Bakıdakı DÇ-də Heybətulla Hacıəliyev və Elvin Məmişzadə də belə bir uğura imza atmışdı.
Qeyd edək ki, Məmmədov bütövlükdə Azərbaycanın 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanan 21-ci idmançısıdı. Əvvəllər atletikanın çəkicatma növündə Dmitri Marşin, taekvondoçularımız Fəridə Əzizova (67 kq) və Ramin Əzizov (80 kq), boksçumuz Soltan Migitinov (75 kq), güllə atıcımız İradə Aşumova, kanoeçilərimiz Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr) və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti (2 nəfərlik qayıqla 1000 metr), akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva (hər 2-si 1 nəfərlik qayıqla 2000 metr), yunan-Roma güləşçilərimiz Rövşən Bayramov (55 kq) və Saman Ahman Tahmasebi (84 kq), qadın güləşçimiz Mariya Stadnik (48 kq), sərbəst güləşçilərimiz Cəbrayıl Həsənov (66 kq), Əşrəf Əliyev (74 kq), Şərif Şərifov (84 kq) və Camaləddin Maqomedov (120 kq), velosipedçimiz Yelena Çalıx və bədii gimnastımız Aliyə Qarayeva da bu hüquqa sahib olub.