14 noyabr 2011 13:28

Azərbaycan London olimpiadasına daha beş lisenziya qazandı

Ağır atletika üzrə milli komandamız Fransadakı dünya çempionatındakı çıxışına yekun vurub. Azerisport.az xəbər verir ki, paytaxt Paris şəhərində 5-13 noyabr tarixlərində keçirilən kişilər arasında 79-cu, qadınlar arasında 22-ci dünya çempionatında iştirak edən yığmamız möhtəşəm nəticə qazanıb.
 
Bu çempionatda qazandığımız xallar hesabına ağır atletika üzrə milli komandamız 2012-ci ildə Londonda keçiriləcək 30-cu Yay Olimpiadasına 5 lisenziya əldə edib. Bu günə qədər Azərbaycan idmançıları cəmi 23 lisenziya qazanmışdı və ağır atletika yığmamız onların sayını 28-ə çatdıraraq irəliyə doğru çox böyük addım atmış oldu. Əminik ki, bu lisenziyalar bizə daha çox medal qazanmaq şansı verəcək.
 
Azərbaycan ağır atletikasının gələcəyi parlaqdı. İdmançılarımızın Parisdəki çıxışları buna əyani sübutdu. Böyük mübarizlik, əzm və şücaət nümayiş etdirən yığmamızın üzvləri bir komanda kimi nəyə qadir olduqlarını hamıya göstərdilər. Bu dünya çempionatının lisenziya xarakterli olduğunu nəzərə alan atletlərimiz bütün fikirlərini təkcə medal qazanmağa yox, həm də lisenziyalarımızın sayını artırmağa yönəltdilər. Bunun üçün soyuq başla hərəkət edən milli komandamızın üzvləri qarşılarına real hədəflər qoyaraq onlara nail oldular.
 
Yarışların ilk günündən atletlərimizin yanında olan və onlara mənəvi dəstək verən Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) prezidenti Cahangir Əsgərovun da bu uğurda böyük rolu vardır. Onun və ümumilikdə bütün nümayəndə heyətimizin dəstəyini hiss edən idmançılarımız daha böyük əzmlə çalışaraq qarşıya qoyulan məqsədə çatmış oldular.
 
Ağır və uzunmüddətli məşqlərdən usanmayan, hər yanaşmasında var gücünü ortaya qoyan atletlərimizin bu əzmkarlığını alqışlamaq lazımdır.
 
Parisdəki yarışa qədər milli komandamızın ehtiyatında 69 xal var idi. 2010-cu ildə Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında əldə etdiyimiz bu xallar bizə 4 Olimpiya lisenziyası verirdi. Fransadakı mundialda biz bu reytinqimizi təsdiqləməli və imkan olunca onu daha da artırmalı idik. Məhz belə də oldu.
 
Parisdə atletlərimiz bir il əvvəlkindən daha yaxşı çıxış edərək 93 xal qazandılar. Toplamda əldə etdiyimiz 162 xal bizə London Olimpiadasında kişilərin yarışında 5 idmançı ilə təmsil olunmaq imkanı verdi.
 
Onu da vurğulayaq ki, lisenziya sayı baxımından Azərbaycan milli komandası Ermənistanı qabaqladı. Düşmən ölkənin idmançıları cəmi 131 xal qazanaraq 4 lisenziya ilə kifayətlənməli oldular.
 
Qadınların yarışında ümumi sıralamada 30-cu yeri tutduq. Parisdə Antalyadakı dünya çempionatından qat-qat yaxşı çıxış etdik. Bir il əvvəl cəmi 7 xal qazanmışdıqsa, Fransada buraya daha 59 xal əlavə etdik. Ancaq təəssüf ki, toplamda əldə etdiyimiz 66 xal bizə London Olimpiadasına lisenziya qazanmaq imkanı vermədi.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.