19 aprel 2012 01:14

Azərbaycan London olimpiadasına daha bir lisenziya qazandı

Azərbaycan boksçusu Məhəmməd Əbdülhəmidov 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, 56 kq çəki dərəcəsində yer alan təmsilçimiz bu uğura Türkiyənin Trabzon şəhərində keçirilən Avropa olimpiya təsnifat turnirində nail olub.
 
Londona vəsiqə üçün Əbdülhəmidova cəmi 2 döyüşü qələbə ilə başa vurmaq kifayət edib. Boksçumuz mübarizəyə 1/8 finaldan qoşulub. Əvvəlcə macarıstanlı Kristian Nagini 13:9 hesabı ilə üstələyən yığmamızın üzvü növbəti mərhələdə Almaniyanı təmsil edən Denis Makarova qalib gəlib – 13:4. Makarovla qarşılaşmada Əbdülhəmidov ilk raunddan təşəbbüsə yiyələnib. O, ilk raundu 4:2, ikincini 4:1, sonuncunu isə 5:1 hesablı üstünlüklə tamamlayıb. Reqlamentə əsasən, 56 kq çəki dərəcəsində 4 boksçu London olimpiadasına lisenziya qazanır. Bu isə o deməkdir ki, Əbdülhəmidov yarımfinalda gürcüstanlı Merab Turkadze ilə keçirəcəyi döyüşün nəticəsindən asılı olmayaraq, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlib. Bununla da XXX Yay Olimpiya Oyunlarına vəsiqə qazanan boksçularımızın sayı 6-ya çatıb. Daha öncə Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) olimpiadaya lisenziya əldə edib. Ümumilikdə isə bu, Londona 32-ci lisenziyadır.
 
Qeyd edək ki, Trabzon rinqinə ümumilikdə 5 boksçumuz çıxıb. Hazırda Məhəmməd Əbdülhəmidovdan əlavə, Vətən Hüseynli (81 kq) də mübarizəni davam etdirir. Hüseynli ¼ finalda Fransa təmsilçisi Abdulkader Buhenyanı yenib – 16:8. Boksçumuz birinci və üçüncü raundları 5:2, ikincini isə 6:4 hesablı üstünlüklə tamamlayıb. O, yarımfinalda ingiltərəli Kellam Smitlə qarşılaşacaq. 81 kq çəki dərəcəsində 3 boksçu London olimpiadasına lisenziya qazanacaq. Həmyerlimiz yarımfinalda uduzacağı halda, rəqibinin turnirin qalibi olmasını arzulamalıdır. Əvəzində Salman Əlizadə (49 kq) və Elvin İsayevin (60 kq) ardından Tamerlan Abdullayev (69 kq) də mübarizəni dayandırıb. Abdullayev ¼ finalda irlandiyalı Adam Nolana uduzub – 13:17. İlk raundda Nolan 6:3, ikincidə Abdullayev 8:6 hesabı ilə üstün olub. Üçüncü raundda isə irlandiyalı boksçu yenə 3 top fərqi ilə qalib gəlib – 5:2.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.