19 aprel 2012 18:29

London Olimpiadasına qatılacaq idmançılara qadağalar qoyuldu

Beynəlxalq Olimpiya Komitəsi Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına qatılacaq idmançılara bir sıra qadağalar qoyub. Azerisport.az xəbər verir ki, həmin qadağalara əməl etməyən idmançıların turnirdən kənarlaşdırılacağı bildirilir.
 
Belə ki, Olimpiya Oyunlarında idmançılara sosial şəbəkələrdən istifadəyə, foto və video çəkilişə icazə verilməyəcək.
 
Həmçinin bədənlərində hər hansı bir döyməsi olan idmançı bunu sildirmək məcburiyyətində qalacaq. Bundan başqa, idmançıların oyunlar zamanı geyindikləri formalar digər şəxsə pulla satılmayacaq. İdmançılar və onların yaxınları turnir zamanı heç bir oyuna pul qoyuluşu edə bilməzlər. "Facebook" və digər sosial şəbəkələrdə idmançılar öz şəkillərini dostlarına göndərə bilməyəcəklər. Olimpiada bölgəsinə heç bir qonaq - hər hansı bir idmançının ailə üzvləri, media nümayəndələri və sabiq olimpiya çempionları qəbul edilməyəcək. Siyasi məqsədli hərəkətlərə, çıxışlara icazə verilməyəcək. İdmançıların müsabiqə zamanı rəqibləri ilə əl sıxışmaları və öpüşmələri qadağan olunacaq.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.