23 aprel 2012 14:08

Azərbaycan lisenziya sayını 39-a çatdırdı

Azərbaycan 2012-ci il London Yay Olimpiya Oyunlarına qazandığı lisenziya sayında rekord vurub. Azerisport.az xəbər verir ki, ölkəmiz iyulun 27-də start götürəcək olimpiadaya lisenziya sayını 39-a çatdırıb.
 
Axırıncı 2 vəsiqə Beynəlxalq Su İdman növləri Federasiyasından (FİNA) 2 üzgüçümüzə “güzəştli kart” formasında verilib. Lisenziyaların sahibləri hələ müəyyənləşməsə də, onların 1 kişi, 1 qadın olacağı dəqiqdi.
 
2008-ci il Pekin olimpiadasına da ölkəmiz 39 lisenziya əldə etmişdi. Bu lisenziyalara 44 idmançımız yiyələnmişdi. İndi isə 39 vəsiqəni 40 təmsilçimiz qazanıb. Lakin təsnifat yarışları hələ davam etdiyindən, lisenziya sayında yeni rekordun müəyyənləşdiriləcəyi şübhə doğurmur. Ən azı 6 cüdoçumuzun bu siyahıya əlavə olunacağı gözlənilir. Bu, 25 – 29 apreldə Rusiyanın Çelyabinsk şəhərində təşkil ediləcək Avropa çempionatından sonra rəsmiləşəcək. Habelə, güləş, otüstü hokkey, atletika, akademik avarçəkmə və kanoe kimi növlər üzrə qarşıdakı təsnifat yarışlarında lisenziya sayını daha da artırmaq imkanı var.
 
2012-ci il London Yay Olimpiya Oyunlarına Azərbaycanın indiyədək qazandığı lisenziyaları
 
1. Dmitri Marşin (atletika - çəkic atma)
2. Fəridə Əzizova (taekvondo, 67 kq)
3. Ramin Əzizov (taekvondo, 80 kq)
4. Soltan Miqitinov (boks, 75 kq)
5. İradə Aşumova (güllə atıcılığı, 25 m)
6. Sergey Bezuqlıy və Maksim Prokopenko (avarçəkçə-kanoe, 1000 m)
7. Valentin Demyanenko (avarçəkmə-kanoe, 200 m)
8. Aleksandr Aleksandrov (akademik avarçəkmə, 2000 m)
9. Natalya Mustafayeva (akademik avarçəkmə, 2000 m)
10. Rövşən Bayramov (yunan-roma güləşi 55 kq)
11. Saman Tahmasibi (yunan-roma güləşi, 84 kq)
12. Mariya Stadnik (qadın güləşi, 48 kq)
13. Şərif Şərifov (sərbəst güləş, 84 kq)
14. Əşrəf Əliyev (sərbəst güləş, 74 kq)
15. Camaləddin Maqomedov (sərbəst güləş, 120 kq)
16. Cəbrayıl Həsənov (sərbəst güləş, 66 kq)
17. Yelena Çalıx (velosiped idmanı)
18. Aliyə Qarayeva (bədii gimnastika)
19. Heybətulla Hacıəliyev (boks, 64 kq)
20. Elvin Məmişzadə (boks, 52 kq)
21. Teymur Məmmədov (boks, 91 kq)
22. Maqomedrasul Məcidov (boks, +91 kq)
23. Layeş Abdullayeva (yüngül atletika, 3000 metrə qaçış)
24. – 28. Azərbaycanın ağırlıq qaldırma üzrə yığma komandası (kişi)
29. Şakir Şıxəliyev (idman gimnastikası)
30. Camal Rəhimov (atçılıq-konkur)
31. Ağırlıqqaldırma üzrə Azərbaycan yığma komandası (qadın)
32. Maqomed Abdulqamidov (boks, 56 kq)
33. Toğrul Əskərov (sərbəst güləş, 60 kq)
34. Vətən Hüseynli (boks, 81 kq)
35. Kamran Məmmədov (yunan roma güləşi, 60 kq)
36. Sabina Mikina (qılıncoynatma-sablya)
37. Yuliya Ratkeviç (qadın güləşi, 55 kq)
38-39. Beynəlxalq Su idman növləri Federasiyasından “vayld-kart”

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.