24 aprel 2012 13:14
Olimpiadaya “havayı” lisenziya qazananlarımız məlum oldu
2012-ci il London Yay Olimpiya Oyunlarına güzəştli kartla lisenziya qazanan Azərbaycan üzgüçülərinin adları açıqlanıb. Azerisport.az xəbər verir ki, bunlar Yevgeni Lazuka və Oksana Hətəmxanovadı.
Olimpiadada Lazuka batterflay, Hətəmxanova brass üsulu ilə 100 metr məsafəyə üzgüçülük yarışlarına qatılacaqlar. Onlar aprelin 25-də digər üzgüçülərimiz Andrey İlin və Boris Kirilovla birgə Belarusun Brest şəhərində start götürəcək lisenziya xarakterli beynəlxalq turnirdə iştirak edəcəklər. Üzgüçülərimiz lisenziya normasını dolduracaqları halda Beynəlxalq Su idman növləri Federasiyasının təqdim etdiyi güzəştli kartla lisenziyaya ehtiyac qalmayacaq.
Qeyd edək ki, London olimpiadasına vəsiqə qazanan üzgüçülərimizdən Oksana Hətəmxanova milliyətcə azərbaycanlı, Yevgeni Lazuka isə belarusludur. Onlara verilən güzəştli kartların sayəsində Azərbaycanın aktivindəki lisenziyaların sayı 39-a çatıb. (lent.az)