28 aprel 2012 16:02
Azərbaycanın 41-ci lisenziyası
Azərbaycan London Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, bu uğura Yunan-roma güləşi üzrə yığma komandamızın üzvü Emin Əhmədov imza atıb.
74 kq çəki dərəcəsində yarışan idmançımız Çinin Tayuan şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə Olimpiadaya vəsiqə əldə edib.
Bu güləş üzrə milli komandalarımızın Londona 12-ci, ümumlikdə isə 41-ci lisenziyamız olub.