29 aprel 2012 14:35
Azərbaycanın 49-cu lisenziyası
Azərbaycan London Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. Azerisport.az xəbər verir ki, bu uğura güləş üzrə yığma komandamızın üzvü Şalva Qadabadze imza atıb.
96 kq çəki dərəcəsində yarışan idmançımız Çinin Tayuan şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində finala yüksəlməklə Olimpiadaya vəsiqə əldə edib.
Bu güləş üzrə milli komandalarımızın Londona 12-ci, ümumlikdə isə 49-cu lisenziyamız olub.