5 iyun 2012 16:32

Azad Rəhimov ingiltərəli lordlarla olimpiadaya hazırlığı müzakirə etdi

Bu gün gənclər və idman naziri Azad Rəhimov İngiltərəli lordlar Lord Muhamed Şeyx, Lord Patel (Lord Patel of Bradford), Lord Risby və Lord Dykeslə görüş keçirib. Azerisport.az xəbər verir ki, görüşdə Dövlət Neft Şirkətinin vitse prezidenti Rəfiqə Hüseynzadə və Gənclər Fondunun rəhbəri Fərhad Hacıyev də iştirak ediblər.
 
Görüş zamanı Azərbaycanda gənclər və idman sahələrində görülən işlər, əldə olunan uğurlar və London Yay Olimpiya oyunlarına hazırlıq barədə danışıldı.
 
Bununla yanaşı, hər iki ölkənin gənclər təşkilatlarının daha sıx qarşılıqlı əməkdaşlığı, İngiltərədə təhsil alan Azərbaycanlı tələbələr üçün İngiltərə parlamentində  bir sıra görüşlərin keçirilməsi, onların  bir araya gəlmələri, İngiltərədə Azərbaycanın gününün keçirilməsi kimi təkliflər irəli sürüldü.  
 
Bununla yanaşı hər iki ölkənin idmançılarının təcrübə mübadiləsi keçməsi fikri də təklif edildi.
 
GİN mətbuat xidməti

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.