20 iyun 2012 14:54

Azad Rəhimov: Bu məsələyə idman ictimaiyyəti ilə birgə baxacağıq

Gənclər və idman naziri Azad Rəhimov 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan Milli komandasının bayraqdarı funksiyasını yerinə yetirməyə namizədi açıqlayıb. Azerisport.az xəbər verir ki, Azad Rəhimov bu şərəfli vəzifəyə yunan-roma güləşi üzrə olimpiya və ikiqat dünya çempionu Fərid Mansurovu təklif edib.
 
Azad Rəhimov deyib ki, bayraqdarın Fərid Mansurovun olmasını istəyərdi: “Çünki Fərid Mansurov ən titulu idmançımızdır. 2008-ci il Pekin Olimpiadasında da bayraqdar o idi və nailiyyətlərimiz də yüksək oldu. Yenə də onu təklif edərdim. Amma bu məsələyə idman ictimaiyyəti ilə birgə baxacağıq”.
 
Qeyd edək ki, Azərbaycan yığması 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb. Artıq idmançı karyerasını bitirən Fərid Mansurov həmin olimpiadada da bayraqdar olsa da, mükafatçılar sırasına düşə bilməyib. Səbəb kimi onun açılış mərasimi vaxtı soyuqlaması göstərilib. Fərid Mansurov sonradan təklif edib ki, London Olimpiadasında bayraqdar funksiyasını iştirakçı idmançılardan yox, veteran idmançılardan biri yerinə yetirsin.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.