26 iyun 2012 00:47

London olimpiadası öncəsi treninq

22 – 24 iyunda Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris İdman Mərkəzində 2012-ci il London Yay Olimpiya Oyunlarını Azərbaycanda yayımlayacaq telekanallar üçün treninq keçirilib. Azerisport.az xəbər verir ki, treninq Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) və İdman Araşdırmalar Mərkəzinin (İAM) birgə təşkilatçılığı ilə baş tutub.
 
Dərslərdə olimpiadanın yayım hüququna malik telekanalarımızın şərhçiləri Elman Himayətoğlu, Mahir Cəbiyev (hər ikisi İctimai Televiziya) və Fərid Ramazanov (“İdman Azərbaycan”) qatılıblar. Məşğələləri akademik avarçəkmə, eləcə də kayak və kanoe üzrə məşqçilər İlqar Tağıyevlə İsfəndiyar Cəfərov aparıblar.
 
Treninq ərzində akademik avarçəkmə, kayak və kanoe növləri, onların xüsusiyyətləri, 2012-ci il London Yay Olimpiya Oyunlarında mübarizə aparacaq Azərbaycanın akademik avarçəkənləri və kanoeçiləri barədə ətraflı məlumatlar verilib, nəzəri və praktiki məşğələlər keçirilib. Məşqçilər şərhçiləri olimpiya və qeyri-olimpiya təyinatlı qayıqlar, onların ölçüləri, hissələri, texniki xarakteristikası, yarış ərzində idarə edilmə qaydaları, akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Nataliya Mustafayeva, kanoeçilərimiz Valentin Demyanenko, Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin olimpiadayadək keçdikləri çətin sınaqlar və s. barədə məlumatlandırıblar. Onlar hər üç növ üzrə qayıqlarla suda hərəkət edən gənc və yeniyetmə avarçəkənləri izləyiblər.
 
Şərhçilər Azərbaycanda 2006-cı ilin sonlarından bərpa olunan və qısa müddətdə dirçəliş dövrünə qədəm qoyan avarçəkmə növlərinə yaxından maraq göstəriblər. Öz növbəsində AMAF rəhbərliyi treninqin yüksək səviyyədə keçməsi üçün lazımi şəraiti yaradıb. Federasiyanın vitse-prezidenti və “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin direktoru Natiq Abbasov treninqin gedişi ilə yaxından maraqlanıb, televiziya əməkdaşlarının məşğələ və asudə vaxtlarının səmərəli təşkili üçün əlindən gələni əsirgəməyib. Treninqin sonunda digər vitse-prezident Rəhman Xanlarov teleşərhçilərə fəal iştiraklarına görə sertifikatlar təqdim edib. Televiziya əməkdaşları da öz növbələrində məşğələlərin səmərəli keçdiyini və əldə etdikləri bilik və təcrübənin şərhlər zamanı faydalı olacağına əminlik ifadə ediblər.
 
İAM treninqin təşkilində göstərdiyi hərtərəfli köməkliyə görə AMAF və “Kür” Olimpiya Tədris İdman Mərkəzi rəhbərliyinə təşəkkürünü bildirir və digər federasiyaları və idman qurumları ilə də əməkdaşlığa hazır olduğunu bəyan edir.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.