3 iyul 2012 13:55

İlham Əliyev: Olimpiada Azərbaycan idmanının növbəti təntənəsi olacaq

Bu gün Azərbaycan nümayəndə heyətinin 30-cu Yay Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək üçün Londona yola salınma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman ictimaiyyətinin nümayəndələri, Londona yollanacaq idmançılar və məşqçilər iştirak ediblər.
 
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. Dövlət başçısı çıxışında idmançılarımıza uğurlar arzulayıb, onların ölkəmizi layiqincə təmsil edəcəklərinə ümidvar olduğunu bildirib. Prezident qeyd edib ki, ölkədə idmanın inkişafı istiqamətində konkret addımlar atılıb, idmana diqqət yüksək səviyyədədir: “Bu da gənc nəslin idmana marağını artırıb”.
 
Prezident ölkədə idman siyasətinin də çox uğurlu olduğunu, digər ölkələrin bu təcrübədən nümunə götürdüyünü vurğulayıb. Hər il yüzlərlə medalın qazanıldığını bildirən dövlət başçısının sözlərinə görə, ölkədə 34 olimpiya kompleksi tikilib, 8-nin inşası davam etdirilir: “Əminəm ki, hər bir rayonda olimpiya kompleksi tikiləcək. Bu siyasəti 12 il əvvəl başlamışıq. Çox şadam ki, ölkədə idmanın inkişaf dinamikası yüksəkdir”.
 
Daha sonra dövlət başçısı idmançılardan böyük əksəriyyətinin olimpiadada ilk dəfə iştirak etdiyini nəzərə çatdırıb: “Bu, ardıcıl inkişafdan xəbər verir. Azərbaycan idmançıları hər bir başqa ölkənin idmançısı üçün ciddi rəqib sayılır. İdman ölkəsi adını qazanmaq heç də asan məsələ deyil. Bəzi ölkələrdə idman qurumları arasında ciddi ziddiyyətlər var, bizdə isə bu qurumlar vahid komanda şəklində fəaliyyət göstərir. İldən-ilə uğurlarımız artır. Bəzi başqa ölkələrdən fərqli olaraq, biz olimpiya və qeyri-olimpiya növləri arasında fərq qoymuruq. Federasiya rəhbərləri öz vəzifələrini uğurla yerinə yetirirlər. Hər bir federasiyanın idmançıları uğurlu nəticə verməlidir və bunun üçün çalışırlar”.
 
Dövlət başçısı yeni tikililər barədə də danışıb: “Bakı Crystal Hallında “Eurovision” Mahnı Müsabiqəsi keçirildi. Bundan sonra orada hər bir idman növü üzrə yarış da keçirmək mümkündür. Tofiq Bəhramov adına stadion dünya standartlarına uyğun inşa olunur və yaxın vaxtlarda istifadəyə veriləcək. Bakı Olimpiya Stadionunun texniki-iqtisadi əsaslandırması aparılır, ümid edirik ki, gələn ildən tikintisinə başlanacaq. Yaxın vaxtlarda üzgüçülük və gimnastika komplekslərinin də tikintisinə başlanacaq”.
 
Dövlət başçısı budəfəki London Yay Olimpiya oyunlarında 53 idmançının iştirak edəcəyini, öncəki olimpiadalarla müqayisədə idmançıların sayının bu dəfə çox olduğunu söyləyib. O, bu Olimpiadada medal artımının davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.
 
Prezident idmançıların məişət məsələlərinin həlli istiqamətində addımların atıldığını da söyləyib.
 
Ölkə başçısı bundan sonra da idmançılara diqqət göstərəcəyini bildirib: “Əminəm ki, London Olimpiadası Azərbaycan idmanının növbəti təntənəsi olacaq”.
 
Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verib. Rəhimov bildirib ki, Azərbaycan bayrağı iyulun 25-də Londonda qaldırılacaq, iyulun 28-də isə bir sıra ölkələrin iştirakı ilə Azərbaycan Günü keçiriləcək.
 
Daha sonra sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, idmanın atletika növü üzrə paralimpiya yığma komandasının üzvü, üçqat dünya çempionu Hüseyn Həsənov, boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov çıxış edərək Olimpiya oyunlarında ölkəmizin layiqincə təmsil olunması üçün var qüvvələri ilə mübarizə aparacaqlarını bildiriblər.
 
Boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov idmançılarımızın Olimpiya andının mətnini oxunub. Olimpiyaçılar Azərbaycanın dövlət bayrağını öpüblər. İlham Əliyev idmançılara bir daha uğurlar arzulayıb.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.