4 iyul 2012 15:37

Bayraqdarımız Elnur Məmmədli ola bilər

London Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin bayraqdarı cüdo üzrə olimpiya çempionumuz Elnur Məmmədli olacaq. Azerisport.az xəbər verir ki, bu haqda jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.
 
O qeyd edib ki, Elnur Məmmədli qarşıdakı olimpiadada da uğurlu nəticə göstərməyə hazır olduğunu söyləyib: “Əvvəlki olimpiadalarda bayraqdarlar yüksək nəticə göstərə bilmirdilər. Onlar arasında söhbət gəzirdi ki, bayraq aparan nəticə göstərə bilmir. Bu səbəbdən, təklif etmişdim ki, bayraqdar veteran idmançımız Fərid Mansurov olsun. Lakin Elnur Məmmədli medalsız qalma təhlükəsinin olmadığını və özünü bayrağı daşımağa hazır saydığını söylədi. Ona görə də bayrağı Məmmədliyə həvalə edəcəyik”.
 
Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionudu.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.