27 iyul 2012 13:46

Bu gün London Yay Olimpiya Oyunlarının açılışı olacaq

Bu gün London Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, "Olimpiya stadionu"nda keçiriləcək açılış mərasimi London vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə saat 01:00-da) başlayacaq.
 
"Möcüzə adalar" adlı açılış mərasiminin quruluşunu Oskar mükafatçısı Denni Boyl hazırlayıb. Ümumilikdə, 20 min nəfərin iştirak edəcəyi açılış şousunu Pol Makkartni öz ifası ilə yekunlaşdıracaq.
 
Azərbaycan idmançıları açılış vaxtı "Olimpiya stadionu"na sayca 14-cü sırada çıxacaqlar. London, Olimpiya Oyunlarını üçüncü dəfə keçirən yeganə şəhər olacaq (bundan əvvəl 1908 və 1948-ci illərdə). Böyük Britaniyanın paytaxtında keçiriləcək idman yarışı sayca 30-cu olsa da, 27-ci dəfə təşkil edilir. Belə ki, I və II Dünya müharibələri zamanı 3 dəfə Yay Olimpiya Oyunları baş tutmayıb.
 
Bu dəfə 302 medal dəsti uğrunda 204 ölkədən olan idmançılar mübarizə aparacaq. 10 500-ə yaxın idmançı 17 gün ərzində 36 idman növündə güclərini sınayacaqlar.
 
Olimpiadanın ilk qalibi iyulun 28-də müəyyənləşəcək - 10 m məsafəyə pnevmatik tüfəngdən atəş açmaq üzrə mükafatçılar məlum olacaq.
 
Azərbaycan Olimpiadada 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunacaq.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.