28 iyul 2012 11:36

Olimpiada-2012-nin açılışı keçirildi

Ötən gecə 2012-ci il London Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, "Olimpiya stadionu"nda keçirilən açılış mərasimi Bakı vaxtı ilə saat 01:00-da başlayıb.
 
"Möcüzə adalar" adlı açılış mərasiminin quruluşunu Oskar mükafatçısı Denni Boyl hazırlayıb. Mərasimdə məşhur personajlar “Mister Bin” və “Ceyms Bond” da iştirak ediblər. Əsl adı Deniel Kreyq olan “Agent 007” Böyük Britaniya kraliçası II Yelizavetanı helikopterlə stadiona gətirib. Quraşdırılmış səhnəyə əsasən, onlar helikopterdən açılış mərasiminin keçirildiyi olimpiya stadionuna paraşütlə tullanıblar.  Mister Bin isə “Odlu təkərciklər” filmindən mahnını ifa edən London simfonik orkestrinə kömək edib. Əsl adı Rouen Atkinson olan aktyorun təkrarolunmaz mimikası hamını heyrətə salıb. O, çətirlə sintezator çalmaq bacarığını da nümayiş etdirib. Onun tribunalarda görünməsi tamaşaçılar arasında gülüş yaradıb.
 
Daha sonra idmançıların paradı başlayıb. Təntənəli keçiddə hamıdan öndə ilk olimpiadanın vətəni Yunanıstan təmsilçiləri yer alıb. Sonradan digər ölkələr əlifba sırası ilə tamaşaçılar önündən keçməyə başlayıblar.  Azərbaycan nümayəndə heyəti 14-cü keçib. Bayraqdar funksiyasını isə 2008-ci il Pekin olimpiadasında ölkəmizə yeganə qızıl medalı qazandırmış cüdoçu Elnur Məmmədli yerinə yetirib. Nümayəndə heyətimiz 47 nəfərdən ibarət olub.
 
Olimpiadanın açılış mərasimində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paraddan keçən nümayəndə heyətimizi salamlayıb və alqışlayıblar.
 
Qeyd edək ki, 2012-ci il London Yay Olimpiya Oyunlarında 204 ölkədən 10500 idmançı 17 gün ərzində 36 idman növündə güclərini sınayacaqlar.
 
Azərbaycan Olimpiadada 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunur.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.