5 avqust 2012 02:53

Maykl Felpsdən 21-ci medal

ABŞ üzgüçüsü Maykl Felps karyerasında 21-ci olimpiya medalını qazanıb. Azerisport.az xəbər verir ki, 27 yaşlı idmançı 2012-ci il London Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə qızıl medala sahib olub.
 
O, finişə 51,21 saniyəyə çatıb. Gümüş medalları Felpsdən 0,23 saniyə geri qalmış rusiyalı Yevgeni Korotışkinlə CAR təmsilçisi Çad le Klo əldə edib.
 
İndi məşhur üzgüçünün hesabında 17 qızıl, 2 gümüş, 2 bürünc medal var. O, olimpiadalarda mükafat sayında bütün dövrlərin rekordçusudur. Felps daha bir medalı kompleks üzgüçülük növündə 4X100 metr məsafəyə estafet yarışında qazana bilər.
 
Qeyd edək ki, Maykl Felps ilk dəfə olimpiadada Afina-2004-də debüt edib. Həmin vaxt 6 qızıl, 2 bürünc medal qazanan Felps Pekin-2008-də 8 qızıl, London-2012-də isə 5 qızıl, 1 gümüş medala sahib olub.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb.
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.