13 avqust 2012 12:24

London olimpiadası rəsmən başa çatdı (FOTO)

2012-ci il London Yay Olimpiya Oyunları rəsmən başa çatıb. Azerisport.az xəbər verir ki, bu məqsədlə Böyük Britaniya paytaxtındakı Olimpiya stadionunda bağlanış mərasimi təşkil olunub.
 
Mərasim zamanı “Muse”, “Spice Girls”, “Beady Eye”, gitaraçı Brayan Mey və digərləri çıxış ediblər. Bağlanışın əsas mövzusu Britaniya musiqisi olub. Tədbirin sonunda olimpiya məşəli söndürülüb və ardından “The Who” qrupu çıxış edib.
 
Olimpiada iyulun 27-dən avqustun 12-dək davam edib. Qeyri-rəsmi komanda hesabında ABŞ 46 qızıl, 29 gümüş, 29 bürünc medalla birinci yeri tutub. İkinci yerə 38 qızıl, 27 gümüş, 22 bürünc medalla Çin, üçüncü yerə 29 qızıl, 16 gümüş, 19 bürünc medalla Böyük Britaniya layiq görülüb. Azərbaycan isə 2 qızıl, 2 gümüş, 6 bürünc medalla 30-cu olub.
 
Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunları 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil ediləcək. Bağlanış mərasimi zamanı London meri Boris Conson olimpiya bayrağını Rio merinə təslim edib.

Похожие новости

London-2012 17 avqust

Azərbaycanlı olimpiya çempionu radara düşdü

London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib.
London-2012 15 avqust

Azərbaycanlı olimpiya çempionu mükafatını zəlzələ qurbanlarına bağışladı

London Yay Olimpiadasında qızıl medal qazanan İran güləşçisi, milliyətcə azərbaycanlı olan Həmid Məhəmməd Sourian qazandığı mükafatı Cənubi Azərbaycanda bir neçə gün əvvəl baş vermiş zəlzələdən ziyan çəkmiş soydaşlarımıza bağışlayıb
London-2012 13 avqust

Azərbaycan Olimpiadanı 30-cu yerdə bitirdi (YENİLƏNİB)

2012-ci il London Yay Olimpiya oyunları başa çatıb.
London-2012 12 avqust

Braziliya yenə olimpiya çempionu ola bilmədi

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışına yekun vurulub.
London-2012 11 avqust

Olimpiadanın bürünc medalları sahibini tanıdı

London Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının bürünc mükafatçısı müəyyənləşib.
London-2012 10 avqust

Türkiyəyə ilk “qızıl”ı qazandıran idmançı bunu ölən anasına həsr etdi

Türkiyə yığması London Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb
London-2012 10 avqust

Olimpiadanın finalında ABŞ güldü

London Yay Olimpiya Oyunlarında qadınlar arasında futbol yarışının qalibi müəyyənləşib.
London-2012 08 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında kişi futbolçular arasında təşkil olunan turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.
London-2012 07 avqust

Olimpiadanın finalçıları bəlli oldu

London Yay Olimpiadasında qadın futbolçular arasında keçirilən turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.