17 avqust 2012 12:46
Azərbaycanlı olimpiya çempionu radara düşdü
London Yay Olimpiya Oyunlarında taekvondo üzrə (68 kq) olimpiya çempionu olan Servet Tazegül xoşagəlməz hadisə ilə üzləşib. Azerisport.az xəbər verir ki, Azərbaycan əsilli türk idmançı idarə etdiyi avtomobillə radara düşüb.
Belə ki, Tazegül icarəyə götürdüyü avtomobillə Taekvondo Federasiyasının Konyada verdiyi iftar yeməyinə yollanarkən iki dəfə sürət həddini aşıb. Bu səbəbdən də o, 638 lirə cərimə olunub.
Jurnalistlərin “Polislər sizi tanımadımı” sualına isə Tazegül belə cavab verib: “Polislər məni tanıdı. “Səninlə qürur duyuruq, amma cərimə yazmaq məcburiyyətindəyik” dedilər”.