Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam verib.
22 – 24 iyunda Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris İdman Mərkəzində 2012-ci il London Yay Olimpiya Oyunlarını Azərbaycanda yayımlayacaq telekanallar üçün treninq keçirilib.
2012-ci il London Yay Olimpiya Oyunlarını ölkəmizdə yayımlayacaq İctimai Televiziya və “İdman Azərbaycan” telekanallarının şərhçiləri üçün iyunun 22-də Azərbaycan Milli Avarçəkmə Federasiyasının İdman Araşdırmalar Mərkəzi ilə birgə treninqinə start verilib
İyulun 27-dən avqustun 12-dək Londonda keçiriləcək Olimpiya oyunlarına hələ bir aydan çox vaxt qalsa da, Azərbaycan milli komandasının yarışlarda iştirakı artıq beynəlxalq medianın diqqətindədi