Azərbaycan təmsilçisi 72-ci oldu
24 fevral 2010 14:04
Vankuverdə mübarizəyə qoşulan Azərbaycan təmsilçisi Sedrik Nots 72-ci pillə ilə kifayətlənib. Azerisport.az xəbər verir ki, dağ xizəkçiliyinin Nəhəng Slalom növündə mübarizə aparan Nots 3 dəqiqə 5.98 saniyə nəticə göstərərək, yarışın qalibi isveçrəli Karol Yankadan 28,15 saniyə geri qalıb.
Nəzərinizə çatdıraq ki, fevralın 26-da Slalomda mübarizəyə qoşulmalı olan digər Azərbaycan təmsilçisi Qaya Bassani zədələnib və onun iştirakı sual altındadır.