Azərbaycan Vankuverdə finişə çatmadı
27 fevral 2010 00:03
Azərbaycanın Olimpidadakı iki təmsilçisindən biri Qaya Bassani Antivari bu gün qadınların dağ xizəkçiliyi yarışlarının Slalom növündə mübarizəyə başlayıb. Azerisport.az xəbər verir ki, italyanəsilli xanım finişə çatmayan 13 idmançıdan biri olub və mübarizəni dayandırıb.
Beləliklə, Olimpiadanın başa çatmasına iki gün qalmış Azərbaycan Vankuverlə vidalaşıb. Qeyd edək ki, ölkəmiz oyunlarda dağ xizəkçiliyi növündə iki idmançı ilə təmsil olub. Sedrik Nots Böyük Slalomda kişilərin yarışında 82-ci, Bassani-Antivari isə anaolji yarışda 57-ci olub.