Azərbaycan prezideti BOK prezidentinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqeyə Dünya Olimpiya hərəkatına baş vermiş ağır itki - Beynəlxalq Olimpiya Komitəsinin fəxri prezidenti Don Xuan Antonio Samarançın vəfatı ilə bağlı başsağlığı verib. Azerisport.az xəbər verir ki, məlumatı “AzərTAc” Dövlət İnformasiya Agentliyi yayıb.
"Don Xuan Antonio Samarançın simasında dünya idman ictimaiyyəti, beynəlxalq olimpiya hərəkatı görkəmli xadimini itirdi. Bu hadisə ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinin fəallarına, mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığımı çatdırmağınızı xahiş edirəm. Olimpiya hərəkatının liderlərindən olan Don Xuan Antonio Samarançın xatirəsi Azərbaycanın idman ictimaiyyətinin yaddaşında uzun zaman qalacaq" – deyə Prezidentin başsağlığı məktubunda deyilir.