Azərbaycan idmançıları Sinqapurda. Kim və nə vaxt?
10 avqust 2010 12:13
Avqustun 14-də Sinqapurda yeniyetmələr arasında I Olimpiada start götürür. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı 12 idmançı təmsil edir.
Təmsilçilərimizin çıxış cədvəli belədi:
Avqust 15-i. Murad Bazarov, yunan-Roma güləşi (41 kq) və Elman Muxtarov, yunan-Roma güləşi (52 kq).
Avqustun 16-sı. Patimat Baqometova, qadın güləşi (52 kq).
Avqustun 17-si. Kənan Quliyev, sərbəst güləş (54 kq), Əli Məhəmmədabirov, sərbəst güləş (100kq), Nicat Rəhimov, ağır atletika (69kq).
Avqustun 18-si.Səbuhi İsmayılzadə, taekvondo (73 kq).
Avqustun 21-i. Cəlil Cəlilov, cüdo (66 kq), Salman Əlizadə, boks (48 kq), Şaban Şaxrələngov, boks (51 kq), Elvin İsayev, boks (57 kq), Radoslav Kutsev, avarçekmə.