Böyük Britaniyanın Olimpiadaya vəsaiti çatmır
7 mart 2011 14:59
Böyük Britaniyanın Olimpiadaya vəsaiti çatmır.
Azerisport.az xəbər verir ki, Britaniya olimpiada assosasiyası milli yığma komandanı 2012-ci ildə keçiriləcək London Olimpiadası oyunlarında təmin etmək üçün kifayət qədər vəsaitə sahib olmadığı barədə məlumat yayıb. BOA-nın (Britaniya olimpiada assosasiyası) təmsilçilərinin sözlərinə görə baza düşərgəsinin saxlanılmasına və köməkçi personalın təminatına milyonlarla funt-sterlinq maddi vəsait lazımdır. BOA-nın bu qədər vəsaiti isə yoxdur.