Hollivud rejisoru Azərbaycanı təbliğ edəcək
20 dekabr 2011 15:48
Hollivudun tanınmış rejissoru Rupert Vaynrayt Bakı şəhərinin 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyi ilə əlaqədar təbliğat kampaniyasına qoşulub. Azerisport.az xəbər verir ki, bu barədə jurnalistlərə "Bakı-2020"nin Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva açıqlama verib.
Təşkilat Komitəsinin nümayəndəsi bildirib ki, Hollivud rejissorunun rəhbərlik etdiyi şirkət 2020-ci il olimpiadası ilə bağlı təbliğat xarakterli mini-filmlərin, roliklərin çəkilişi ilə məşğul olur: "Hazırda şəhər daxilində çox uğurlu çəkilişlər aparılır. Onlar paytaxtımızın görməli yerlərini çəkiblər, hətta rayonlara da göndərmişik".