Türkiyəli olimpiya çempionuna dopinq şoku
31 dekabr 2011 00:05

Türkiyənin Ağır Atletika Federasiyası elan edib ki, olimpiya çempionu Afin Nurcan Taylanın dopinq nümunəsi müsbət nəticə verib. Bu o deməkdi ki, ağır atlet, çox güman, London Olimpiadasına qatıla bilməyəcək.
Azerisport.az xəbər verir ki, birinci nümunə oktyabrın 26-da götürülmüşdü. Təkrar analiz dopinq şübhəsini təsdiq edib. İdmançıda hansı qadağan edilmiş maddənin tapıldığı barədə məlumat verilmir.
İndi 28 yaşlı dünya çempionu Beynəlxalq Ağır Atletika Federasiyası qarşısında cavab verməlidi. Federasiya onu 4 il müddətinə yarışlardan uzaqlaşdıra bilər.
Taylan 2004-cü il oyunlarında 48 kiloqram çəki dərəcəsində Olimpiya çempionu olmuşdu. Ötən il Antalyada keçirilən dünya çempionatında ikinövçülük üzrə dünya rekordunu təzələmişdi.